Benzema 10 gün "Real Madrid"ə kömək edə bilməyəcək
Futbol
- 07 sentyabr, 2022
- 16:03
Şotlandiyada "Seltik"ə qarşı UEFA Çempionlar Liqasının F qrupunun ilk tur oyununda zədələnən İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzemanın durumuna aydınlıq gəlib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, dizindən xəsarət alan fransalı hücumçu təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacaq.
35 yaşlı forvardın zədəsi ciddi olmadığından o, sentyabrın 18-də Madrid "Atletiko"su ilə La Liqa matçında iştirak edə bilər.
Qeyd edək ki, Kərim Benzema "Seltik"ə 3:0 hesabı ilə qalib gəldikləri görüşün 30-cu dəqiqəsində Eden Azarla əvəzlənib.
Son xəbərlər
09:40
Bakının iki rayonunda qaz olmayacaq
Energetika09:30
Daha bir qrup ukraynalı uşaq bu gün Azərbaycana gətiriləcək
Sosial müdafiə09:28
ABŞ-dən olan basketbolçu Qeylen Smit Azərbaycan klubuna qayıdıb
Komanda09:22
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (28.09.2026)
Maliyyə09:04
"Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı" genişləndirilib
ASK09:00
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək
Futbol08:57
Çin və ABŞ Amerika kömürünün idxal şərtləri barədə razılığa gəliblər
Digər ölkələr08:42