"Benfika" tvitter səhifəsinin adını ukraynalı hücumçunun şərəfinə dəyişib
Futbol
- 11 avqust, 2021
- 07:53
Portuqaliyanın "Benfika" klubu rəsmi tvitter səhifəsinin adını müvəqqəti olaraq dəyişib.
"Report" xəbər verir ki, Lissabon təmsilçisi bu addımı Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Çempionlar Liqasının cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçukun şərəfinə atıb.
Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı forvardın fotosunu yayımlamağı tələb ediblər. Bu isə sonda səhifənin adının dəyişdirilməsi ilə nəticələnib. Hazırda "Benfika"nın tvitter səhifəsi "Benfikaçuk" adlanır.
Qeyd edək ki, görüş portuqaliyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.
Son xəbərlər
11:54
"e-Tabib" tətbiqində 103 xidməti fəaliyyətə başlayacaq
Sağlamlıq11:48
Azərbaycanda Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzi fəaliyyətə başlayıb
Sağlamlıq11:45
Azərbaycan və Misir pul nişanlarının istehsalını müzakirə edib
Maliyyə11:41
Foto
Video
I Qarabağ müharibəsinin itkin-şəhidi Fikrət Əzizovla vida mərasimi keçirilib
Daxili siyasət11:41
Video
Azad olunmuş rayonlarda fləşmob hazırlanıb
Qarabağ11:38
Ermənistan və Almaniya müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək
Region11:38
Bu ilin üçüncü rübündə Gürcüstanı 3 milyon turist ziyarət edib
Region11:37
"Çelsi" iki məşhur qapıçıdan birini heyətinə cəlb etmək istəyir
Futbol11:33