“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti istefaya göndərilə bilər
- 28 sentyabr, 2017
- 11:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 sentyabr. REPORT.AZ/ Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Karlo Ançelotti bu gün istefaya göndərilə bilər. “Report” xəbər verir ki, bu barədə "Bild" nəşrinin baş redaktoru Kristian Falk “twitter” hesabında yazıb.
O, bildirib ki, bu gün Münhen klubunun rəhbərliyi ilə 58 yaşlı italiyalı mütəxəssis arasında görüş keçiriləcək. Toplantıdan sonra Ançellotinin vəzifəsindən uzaqlaşdırılacağı gözələnilir.
Qeyd edək ki, “Bavariya” ötən gecə Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində Fransada PSJ-yə 0:3 hesabı ilə uduzub. Münhenlilər Bundesliqada 6 turdan sonra 13 xalla 3-cü pillədə qərarlaşıb. Karlo Ançelotti 1 iyul 2016-cı ildən Almaniya təmsilçisinə rəhbərlik edir. Onun komandası ötən mövsüm ölkə çempionu olub.