"Barselona" türkiyəli futbolçunu göndərir, ispaniyalı hücumçunu alır
Futbol
- 25 dekabr, 2021
- 05:33

İspaniya "Barselona"sı futbolçusu Yusuf Demirlə yollarını ayıracaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi müqavilə ilə Avstriyanın "Rapid" (Vyana) klubuna məxsus olan 18 yaşlı hücumçunu heyətdə saxlamaq istəmir.
Türk əsilli oyunçu əsas komandada 9 oyun keçirib. Demir 10-cu dəfə meydana çıxacağı təqdirdə, "Barselona" onu 10 milyon avroya almaq məcburiyyətində qalacaq. Klub forvardı meydana buraxmayacağı üçün ondan yeni komanda axtarması istənilib.
Bundan əlavə, kataloniyalılar İngiltərə "Mançester Siti"sinin hücumçusu Ferran Torresi heyətinə qatıb. Klub yaxın vaxtlarda 21 yaşlı ispaniyalı forvardın transferini açıqlayacaq.
Qeyd edək ki, Yusuf Demirin "Barselona" ilə icarə sözləşməsi mövsümün sonunda başa çatmalıdır.
Son xəbərlər
14:37
"Sərhədçi" heyətini yeni basketbolçu ilə gücləndirib
Komanda14:36
BƏƏ prezidenti Qətərə səfər edib
Digər ölkələr14:33
Qubadlı şəhərinin Baş planı təsdiqlənib
Daxili siyasət14:28
Kir Starmer Polşadakı insidentlə bağlı: Bu, Rusiya tərəfindən atılan məsuliyyətsiz addımdır
Digər ölkələr14:27
Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 31 kiloqram narkotik aşkarlanıb
Hadisə14:25
Mərkəzi Bank daha bir BOKT-un vəzifəli şəxsini cərimələyib
Maliyyə14:23
Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə 4 yoxlama matçı keçirib
Futbol14:22
Gürcüstan ərazisində tranzit vaxtını avtomobil yollarının tikintisi azaldacaq
İnfrastruktur14:22