"Barselona" Pyer-Emerik Obameyanqla müqavilə imzalayıb
Futbol
- 02 fevral, 2022
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya "Barselona"sı İngiltərənin "Arsenal" komandasından qabonlu futbolçu Pyer-Emerik Obameyanqı heyətinə qatıb.
"Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.
Anlaşmaya əsasən, tərəflər 2023-cü ildə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verə bilərlər. Klub afrikalı oyunçuya 100 milyon avro təzminat qiyməti qoyub.
33 yaşlı forvard ötən ilin dekabrında intizamsızlığına görə London təmsilçisinin əsas komandasından kənarlaşdırılıb, həmçinin ondan kapitanlıq sarğısı alınıb.
Qeyd edək ki, bu mövsüm "Arsenal"da 14 oyun keçirmiş Pyer-Emerik Obameyanq 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
06:09
Tramp: Rusiya və Ukrayna razılaşmaya yaxındır
Digər ölkələr
05:31
ABŞ-də Konqresə aralıq seçkilərin ilkin nəticələri açıqlanır - Yenilənir
Digər ölkələr
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr