"Barselona"nın yarımmüdafiəçisi Aleksia Putelyas ilin ən yaxşı qadın futbolçusu seçilib
Futbol
- 27 fevral, 2023
- 21:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Barselona"nın yarımmüdafiəçisi Aleksia Putelyas FİFA tərəfindən 2022-ci ilin ən yaxşı qadın futbolçusu seçilib.
"Report" xəbər verir ki, Parisdə keçirilən "The Best FİFA"nın mükafatlandırma mərasimi qurumun yutubdakı rəsmi kanalda yayımlanıb.
Ən yaxşı qadın baş məşqçi İngiltərə yığması ilə AVRO-2022-nin qalibi olan Sarina Viqman seçilib. "Mançester Yunayted"in qapıçısı Meri İps ilin ən yaxşı qadın qapıçısı adına layiq görülüb.
Qeyd edək ki, Aleksia Putelyas daha əvvəl Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Avropada da 2022-ci ilin ən yaxşısı qadın futbolçusu seçilib.
Son xəbərlər
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr