"Barselona"nın hücumçusu Çempionlar Liqası matçını buraxacaq
Futbol
- 09 dekabr, 2015
- 13:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 dekabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Neymar Çempionlar Liqasının qrup mərhələsində son turun Almaniya "Bayer"i ilə qarşılaşmasını buraxmalı olacaq. "Report"un Kataloniya təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumatına görə, braziliyalı hücumçu son məşqdə əzələsindən yüngül zədə alıb.
23 yaşlı forvard komandasının dekabrın 12-də La Liqada "Deportivo"ya qarşı keçirəcəyi XV tur matçına çıxa biləcək.
Qeyd edək ki, bu gün baş tutacaq "Bayer" - "Barselona" matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Artıq Kataloniya komandası "pley-off"a vəsiqəni təmin edib.
Son xəbərlər
11:11
"Bagira Systems" Azərbaycanda simulyasiya mərkəzləri yarada bilər
Hərbi11:10
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Digər11:07
Tennessidə 200 ildə ilk dəfə qadının edamı uğursuz olub
Digər ölkələr11:05
Şərurun 14 kəndində işıq olmayacaq
Energetika11:03
XİN Çini və Nigeriyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət11:03
ARDNF "Brookfield"lə investisiya imkanlarının araşdırılması üzrə strateji tərəfdaşlığa başlayır
Maliyyə10:59
Foto
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan sexin fəaliyyəti dayandırılıb
Sağlamlıq10:57
Azərbaycanda rəqəmsal transformasiya üzrə ixtisaslaşmış təlim proqramları reallaşdırılacaq
İKT10:56