"Barselona"nın futbolçuları klub rəhbərliyi ilə görüşdən imtina etdi
Futbol
- 23 oktyabr, 2020
- 08:59
İspaniyanın "Barselona" komandasının futbolçuları rəhbərliyin maaşların azaldılması ilə bağlı növbəti təklifini geri çevirib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, klub rəsmiləri ilə görüşdən imtina edən oyunçular yeni müqavilə şərtləri ilə razılaşmayacaqlarını bildiriblər.
Onlar komanda adından rəhbərliyə göndərilən məktubda öz hüquqlarının pozulmasına dözmək niyyətində olmadıqlarını vurğulayıblar.
Hətta Jerar Pike, Mark-Andre ter Ştegen, Kleman Lanqle və Frenki de Yonq kimi futbolçuların bu təklifə razılıq vermələri də digər futbolçuları fikrindən daşındırmayıb.
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən 2019/2020 mövsümündə 97 milyon avro itirən "Barselona" zərəri futbolçuların maaşlarını azaldaraq, kompensasiya etmək istəyir.
Son xəbərlər
05:41
Mask "Tesla"dan gedə bilər
Biznes05:07
Foto
Video
Balıkesirdə 6,1 maqnitudalı zəlzələdən sonra 100-dən çox afterşok qeydə alınıb - YENİLƏNİB-4
Region04:46
KİV: Britaniya noyabrdan miqrantları hərbi kazarmalarda yerləşdirməyə başlayacaq
Digər ölkələr04:19
"Reuters": "Amazon" 30 min iş yerini ixtisar etməyi planlaşdırır
Biznes03:47
Avstraliyada mədəndə partlayış olub, iki nəfər ölüb
Digər ölkələr03:17
ABŞ-nin bombardmançı təyyarələri yenidən Venesuela sahillərində uçuş həyata keçirib
Digər ölkələr02:46
Merts Almaniyada populyar siyasətçilərin reytinqində sondan ikinci olub
Digər ölkələr02:16
Foto
Türkiyə ilə Özbəkistan arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə edilib
Region01:43