“Barselona”nın 200 milyon avrodan çox borcu var
Futbol
- 10 oktyabr, 2023
- 12:58
İspaniyanın “Barselona” klubunun 207 milyon avro borcu var.
“Report” “Diario Sport”a istinadən xəbər verir ki, bu məbləğin böyük hissəsi 2022-ci ilin yayında edilən transferlərdən qaynaqlanır.
Kataloniya təmsilçisinin qısamüddətli borcu 89 milyon avrodur. Həmin məbləğ cari mövsümün sonuna qədər ödənilməlidir. Uzunmüddətli borcun məbləği isə 118 milyon avroya bərabərdir.
“Barselona” ən çox Rafinya, Robert Levandovski, Ferran Torres və Jül Kundenin transferləri zamanı ziyana düşüb.
Həmçinin 2019-cu ildə Niderland təmsilçisi “Ayaks”dan alınan Frenki De Yonq üçün də bu il 16 milyon avro ödəniləcək.
Son xəbərlər
01:50
Azərbaycan və Dominikan arasında viza rejimi ləğv olunub
Xarici siyasət01:41
Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir
Energetika01:13
Azərbaycan klubları minifutbol üzrə Çempionlar Liqasında mübarizəyə başlayıb
Futbol01:05
Əraqçi Vadefulla görüşdə BMT və Aİ-ni tənqid edib
Region00:53
Azərbaycan və İraq regional və beynəlxalq platformalarda əməkdaşlığı müzakirə edib
Xarici siyasət00:37
Ceyhun Bayramov: TRIPP regional əlaqələrin inkişafına və sülhün möhkəmləndirilməsinə töhfə verəcək
Xarici siyasət00:26
Azərbaycan və Baham adaları arasında siyasi məsləhətləşmələr haqqında memorandum imzalanıb
Xarici siyasət00:11
Hörmüz boğazında yük gəmisi zərbəyə məruz qalıb, ölən var
Digər ölkələr23:54