"Barselona" futbolçusu ilə müqavilə müddətini artırıb

Futbol
  • 17 oktyabr, 2016
  • 13:33
Barselona futbolçusu ilə müqavilə müddətini artırıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Xavyer Maskerano ilə müqavilə müddətini artırıb. 

"Report"un məlumatına görə, müdafiəçi 2019-cu ilin iyulunadək kataloniyalıların uğurları üçün çalışacaq.

32 yaşlı futbolçu ilə müqavilənin imzalanma mərasimi bu gün keçirilib.

Qeyd edək ki, Maskeranonun əvvəlki müqavilə müddəti 2018-ci ildə başa çatacaq.

44 - Tezliklə