Bakıdakı Avropa çempionatında Hollandiya İtaliyanı məğlub edib

Futbol
  • 09 may, 2016
  • 12:53
Bakıdakı Avropa çempionatında Hollandiya İtaliyanı məğlub edib

Bakı. 9 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir oyun yekunlaşıb. "Report"un məlumatına görə, "Azərsun Arena"da İtaliya və Hollandiya milliləri üz-üzə gəlib. 

Qarşılaşmanın taleyini "narıncılar"ın 78-ci dəqiqədə vurduğu qol həll edib - 1:0. Həmin qolun müəllifi Çe Nunneli olub. 80+2-ci dəqiqədə İtaliya yığması Moyse Kinin qırmızı vərəqə alması səbəbindən azlıqda qalıb. 

Bu qələbə sayəsində Hollandiya yığması 2 oyundan 3 xal toplayıb, D qrupunda İspaniya və İtaliya ilə xallarını bərabərləşdirib. Hazırda bu qrupun Serbiya - İspaniya matçı keçirilir. İlk yarıdan sonra İspaniya öndədir - 1:0.  

44 - Tezliklə