​Bakıdakı Avropa çempionatına daha 2 vəsiqə qazanılıb

Futbol
  • 31 mart, 2016
  • 00:28
​Bakıdakı Avropa çempionatına daha 2 vəsiqə qazanılıb

Bakı. 31 mart. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatına daha 2 vəsiqə sahibini tapıb.

"Report"un məlumatına görə, Danimarka və Serbiya mayın 5-də start götürəcək yarışda iştirak hüququna yiyələnib.

Onlar elit-raundda müvafiq olaraq, 1-ci və 7-ci qruplarda ilk 2 turdan sonra hərəyə 6 xalla qrup liderliyini ələ keçiriblər. Aprelin 2-də keçiriləcək son tur qarşılaşmalarının nəticələri bu komandaların Bakıya gəlişinə maneçilik törətməyəcək.

Beləliklə, mayın 21-dək davam edəcək qitə çempionatının 16 iştirakçısından 12-si müəyyənləşib. Daha öncə bu hüququ təşkilatçı Azərbaycan yığması, eləcə də Hollandiya, Almaniya, İngiltərə, Ukrayna, Portuqaliya, İsveç, Belçika, İtaliya, Bosniya və Herseqovina da qazanıb.

44 - Tezliklə