“Bakı” futbol klubu yubileyinə “Atletiko” və “Lans”ı dəvət edəcək

Futbol
  • 01 noyabr, 2014
  • 05:48
“Bakı” futbol klubu yubileyinə “Atletiko” və “Lans”ı dəvət edəcək

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın "Bakı" futbol klubu 10 illik yubileyi münasibətilə İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubunu Azərbaycana dəvət edəcək. Klubdan "Report"a verilən məlumata görə, səfər 2015-ci ilin yanvarına planlaşdırılıb. 

Həmin vaxt Bakıda yubileylə əlaqədar beynəlxalq turnir təşkil olunacaq. Tədbirin qış fasiləsi müddətinə salınması hazırda Avropa ölkələrində milli çempionatların davam etməsi ilə bağlıdır. Bakıya isə "Atletiko" və "Lans"ın gənclərdən ibarət komandaları gələ bilər. 

Qeyd edək ki, "Atletiko" və "Lans" "Bakı"nın tərəfdaşlarıdır.