Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu "İnter"ə qarşı keçirib
- 03 oktyabr, 2014
- 10:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 oktyabr. REPORT.AZ/ UEFA Avropa Liqasının qrup mərhələsində ikinci tutun oyunları keçirilib.
"Report" xəbər verir ki, F qrupunda çıxış edən Azərbaycanın "Qarabağ" (Ağdam) klubu səfərdə İtaliyanın "İnter" klubu ilə oynayıb.
Hesabı 21-ci dəqiqədə "İnter"in oyunçusu Danilo D`Ambrozio açıb. O, Qarabağ" müdafiəçilərinin səhvindən istifadə edərək, cərimə meydançasından topu çərçivəyə göndərib.
Matçda ikinci və sonuncu qolu 85-ci dəqiqədə Mauro İkardi vurub. Oyun bu hesabla başa çatıb.
Qrupda keçirilən digər matçda Fransanın "Sent-Etyen" klubu Ukraynanın "Dnepr" klubu ilə heç-heçə oynayıb: 0:0.
Hazırda "İnter" 6 xalla F qrupuna liderlik edir, ikinci yerdə "Sent-Etyen" (2 xal), üçüncü yerdə "Dnepr" (1 xal) qərarlaşıb. Ağdamın "Qarabağ" klubu 1 xalla dördüncü pillədə yer alıb.