Azərbaycanlı hakimlərin idarə etdiyi Avropa Liqası matçını Əhməd Davudoğlu da izləyib

Futbol
  • 21 oktyabr, 2016
  • 06:21
Azərbaycanlı hakimlərin idarə etdiyi Avropa Liqası matçını Əhməd Davudoğlu da izləyib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində Türkiyədə "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında keçirilmiş matçı idarə edib. 

"Report"un məlumatına görə, Konya Böyükşəhər Bələdiyyəsinin stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Deni Miloşeviç açıb. 55-ci dəqiqədə isə Ahmed Hassan bərabərlik qolunu vurub. Ağayev 3 futbolçuya sarı vərəqə göstərib. O, "Konyaspor"dan 57-ci dəqiqədə Alban Mehanı, 59-cu dəqiqədə Ali Turanı, "Braqa"dan isə 81-ci dəqiqədə Rui Fonteni cəzalandırıb.

Görüşü 140 jurnalistdən əlavə, keçmiş baş nazir, Ədalət və İnkişaf Partiyasının Konya millət vəkili Əhməd Davudoğlu da izləyib. 

44 filmi