Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb

Futbol
  • 06 mart, 2016
  • 20:17
Azərbaycanlı futbolçu Sloveniya klubunda ilk rəsmi oyununa çıxıb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan yığmasının futbolçusu Samir Məsimov Sloveniyanın "Domjale" klubunun heyətində ilk rəsmi oyununa çıxıb. "Report"un məlumatına görə, 21 yaşlı hücumçu "Qoritsa" komandası ilə ev qarşılaşmasının 68-ci dəqiqəsində meydana daxil olub.

O, Slobodan Vuku əvəzləyib. Həmin vaxt hesab 1:1 olub. 50-ci dəqiqədə meydan sahiblərindən Matiç Çrniçin qoluna 9 dəqiqə sonra Yan Humar cavab verib. Qarşılaşma da elə bu hesabla yekunlaşıb.

Bu nəticədən sonra 24 oyuna 39 xalla 3-cü pillədə qalan "Domjale" özündən 2 xal geridəki "Qoritsa"nı özündən irəli buraxmayıb.

Qeyd edək ki, Samir Məsimov "Domjale"yə qış transfer dövründə "Neftçi"dən keçib.

44 filmi