Azərbaycanlı futbol hakimləri Türkiyədə 6 görüş idarə edəcək

Futbol
  • 18 yanvar, 2017
  • 07:59
Azərbaycanlı futbol hakimləri Türkiyədə 6 görüş idarə edəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan azərbaycanlı futbol hakimləri bu gün 6 oyun idarə edəcəklər. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin oyunlardan 3-ü "Qarabağ", "Zirə" və "Şəmkir"in iştirakı ilə baş tutacaq. 

Yoxlama oyunları

18 yanvar

"Styaua" (Rumıniya) – "Qarabağ" (Azərbaycan)

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov

"Honved" (Macarıstan) – "Amkar" (Rusiya)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov

"Zirə" (Azərbaycan) – "Bişkek" (Qırğızıstan)

Hakimlər: Ziya Nəsirov, Coşqun Həsənov, Cavanşir Yusifov

"Ludoqorets" (Bolqarıstan) – "Arsenal Tula" (Rusiya)

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Mehman Mahmudov

"Nasaf" (Özbəkistan) – "Karpatı" (Ukrayna)

Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Mübariz Haşımov

"Tobol" (Qazaxıstan) – "Şəmkir" (Azərbaycan)

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cəmil Quliyev

Qeyd edək ki, yanvarn 11-dən toplanışa start verən hakimlər bu günədək 14 oyun idarə edib.