Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəlib

Futbol
  • 09 oktyabr, 2024
  • 17:04
Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Malıy Loşin şəhərində təşkil olunan dünya çempionatında yarımfinala yüksəlib.

"Report" xəbər verir ki, 1/4 finalda İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv 3:0 hesabı ilə qalib gəlib.

Yığmamızın yarımfinal görüşü sabah baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində keçirdiyi oyunlarda Serbiyaya 1:5, Çexiyaya 0:2 hesabı ilə uduzub, Hindistan yığmasından isə üstün olub - 16:0.