Azərbaycanın U-21 millisi azlıqda qalan rəqibinə uduzub

Futbol
  • 12 oktyabr, 2023
  • 15:54
Azərbaycanın U-21 millisi azlıqda qalan rəqibinə uduzub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edib.

"Azərsun Arena"da gerçəkləşən qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:0. Rəqib 38-ci dəqiqədə azlıqda qalıb, bir dəqiqə sonra isə Camal Cəfərov penaltidən yararlana bilməyib.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqla, İngiltərə Serbiya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda səfərdə Serbiyaya 0:2 hesabı ilə uduzmuşdu.

44 - Tezliklə