Azərbaycanın U-20 millisinin baş məşqçisi: "Yerli futbolçularla uğura nail ola bilərik"

Futbol
  • 21 sentyabr, 2026
  • 17:17
Azərbaycanın U-20 millisinin baş məşqçisi: Yerli futbolçularla uğura nail ola bilərik

Azərbaycanın U-20 millisində yerli futbolçularla uğur qazanmaq olar.

Bunu "Report"a müsahibəsində adıçəkilən yığmanın baş məşqçisi Ruy Jorje deyib.

Portuqaliyalı mütəxəssis azərbaycanlı oyunçularla birgə işləməyin ona xoş olduğunu söyləyib:

"Yerli oyunçularla işləmək mənim üçün xoşdur. Onlar əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Onlarda futbol eşqini, qalibiyyət istəyini görmək məni çox sevindirir. Düşünürəm ki, bu cür yerli futbolçularla uğura nail ola bilərik, yaxşı nəticələr qazanmaq mümkündür".

Qeyd edək ki, Ruy Jorje ilə müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.