​Azərbaycanın U-17 yığması beynəlxalq turnirə heç-heçə ilə başlayıb

Futbol
  • 05 yanvar, 2016
  • 03:08
​Azərbaycanın U-17 yığması beynəlxalq turnirə heç-heçə ilə başlayıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.

"Report" AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, U-17 Azərbaycan yığması ilk oyununda Latviyanın U-19 komandası ilə qarşılaşıb.

Oyun 1:1 hesabı ilə başa çatıb.

Matçdan sonra yığmanın baş məşqçisi Təbriz Həsənov açıqlama verib:

"Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.

Xatırladaq ki, yığma növbəti oyununu yanvarın 6-da, Bakı vaxtı ilə saat 17:30-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək.

44 - Tezliklə