Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında üz-üzə gələcəklər

Futbol
  • 07 sentyabr, 2024
  • 05:22
Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında üz-üzə gələcəklər

Azərbaycanın minifutbol komandaları Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasında bu gün bir-biriləri ilə üz-üzə gələcəklər.

"Report"un məlumatına görə, “Birbaşa Bakı” və “AzNur” turnirin 1/8 finalında görüşəcəklər.

Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, “AzNur” C qrupunu 5 xalla üçüncü pillədə başa vurub. Eyni xalı toplayan “Birbaşa Bakı” isə E qrupunda lider olub.