Azərbaycan millisi Haitiyə məğlub olub - YENİLƏNİB-6

Futbol
  • 22 mart, 2025
  • 23:34
Azərbaycan millisi Haitiyə məğlub olub - YENİLƏNİB-6

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq görüşündə Haiti yığmasına məğlub olub.

"Report" xəbər verir ki, rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edən yığma 2025-ci ildəki ilk oyununda 0:3 hesabı ilə uduzub.

Rəqibin heyətində Frantsdi Pyerro (9, 63) dubl müəllifi olub. Digər qolu isə Jan Jak (83) aktivinə yazdırıb. 

Millimizin heyətində 84-cü dəqiqədə Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv üç gün sonra "Bank Respublika Arena"da Belarus seçməsini sınağa çəkəcək.

23:26

Azərbaycan və Haiti millilərinin duelində üçüncü qol vurulub.

"Report" xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 3:0 hesabı ilə öndədirlər.

83-cü dəqiqədə Jan Jak dəqiq zərbə müəllifi olub.

23:06Azərbaycan və Haiti millilərinin duelində ikinci qol vurulub.

"Report" xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 2:0 hesabı ilə öndədirlər.

63-cü dəqiqədə Frantsdi Pyerro dubl müəllifi olub.

22:48

Azərbaycan və Haiti millilərinin duelində ikinci hissə başlayıb.

"Report" xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

22:30

Azərbaycan və Haiti millilərinin duelində ilk hissə başa çatıb.

"Report" xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar 1:0 hesabı ilə öndədirlər.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:55

Azərbaycan və Haiti millilərinin duelində hesab açılıb.

"Report" xəbər verir ki,  Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda qonaqlar hesabda irəli çıxıblar.

9-cu dəqiqədə Frantsdi Pyerro adını tabloya yazdırıb.

21:45

Futbol üzrə Azərbaycan milli komandası yoxlama oyununda Haiti ilə qarşılaşır.

"Report" xəbər verir ki, görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilir.

Matçı türkiyəli baş hakim Kadir Sağlam idarə edir.