Azərbaycan yığması Bolqarıstan millisini məğlub edib

Futbol
  • 06 yanvar, 2016
  • 16:40
Azərbaycan yığması Bolqarıstan millisini məğlub edib

Bakı. 6 yanvar. REPORT.AZ/ FIFA-nın birinci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 6-da növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, yığmamız Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyunda Azərbaycan millisi 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Gülər Mətin və İbrahim Qədirzadə vurub.

Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

44 - Tezliklə