Azərbaycan Premyer Liqasının formatı və klub sayı müzakirə ediləcək

Futbol
  • 02 aprel, 2024
  • 08:51
Azərbaycan Premyer Liqasının formatı və klub sayı müzakirə ediləcək

Azərbaycan Premyer Liqasının formatı və çempionatdakı klub sayı müzakirə ediləcək.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın yeni prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.

Funksioner hazırda hər hansı qərarın olmadığını diqqətə çatdırıb: "Çünki buna zaman olmayıb. Bu, müəyyən təhlil tələb edir. Hər hansı qərarı verərkən, Azərbaycanda və başqa ölkələrdə olan təcrübəni nəzərə alacağıq. Çempionatın formatı müzakirə ediləcək mövzulardan biri olacaq".

44 filmi