Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Futbol
  • 24 aprel, 2022
  • 17:56
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb. Hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"ASCO Arena"dakı matçda "ağ-qaralar"ın yeganə qolunu 71-ci dəqiqədə Tiaqo Bezerra vurub. Bu nəticədən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini möhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıb.

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Sumqayıtdakı "Kapital Bank Arena"da oynanılan görüşdəki qolun müəllifi isə Davit Volkov olub. Gürcüstanlı hücumçu oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra "Zirə" 42 xalla 3-cü, "gənclik şəhəri" təmsilçisi isə 15 xalla 7-cidir.

Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" Qəbələdə eyniadlı komandaya 2:0 hesablı qələbə ilə qalib gəlib. Digər matçda isə "Sabah" "Şamaxı"nı darmadağın edib - 5:1.

44 filmi