Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

Futbol
  • 07 fevral, 2015
  • 14:50
Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub

7 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan premyer Liqasında XX turun son oyunları keçirilib. "Report"un məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma baş tutub.

Turnir cədvəlinin hazırkı lideri "Qarabağ" doğma meydanda "Bakı"nı qəbul edib. Tofiq Bəhramov adına Republika Stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qələbəyə sevinib - 4:1.

Günün və turun son qarşılaşmasında isə "Xəzər Lənkəran" və "İnter" komandaları üz-üzə gəlib. Lənkəranda baş tutan görüşdə isə paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Premyer Liqa, XX tur

"Qəbələ" - AZAL 0:1

"Neftçi" - "Simurq" 0:0

"Qarabağ" - "Bakı" 4:1

"Xəzər Lənkəran" - "İnter" 1:2

Qeyd edək ki, Premyer Liqada 9 komanda olduğundan "Sumqayıt" bu tur heç bir oyun keçirməyib.

OQHMT-FX
1Qarabağ17114233-1837
2İnter1779126-730
3Neftçi1776420-1427
4Simurq1874727-2225
5AZAL1765621-2623
6Qəbələ1857621-2522
7Xəzər Lənkəran1755722-2220
8Sumqayıt1744919-2716
9Bakı18241214-4210