Azərbaycan Premyer Liqasında daha bir oyun keçirilib
Futbol
- 15 fevral, 2026
- 18:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə bitib - 1:0. 45+5-ci dəqiqədə Ramon Maçado penaltidən fərqlənib. "Gənclik şəhəri" təmsilçisinin heyətində Aleksandr Ramalinqom 74-cü dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra "Sumqayıt" 30 xalla altıncı, eyni xala malik olan "Araz-Naxçıvan" yeddinci pillədə qərarlaşıb.
Günün ilk matçında "Neftçi" "Kəpəz"i üstələyib - 3:1.
Qeyd edək ki, tura fevralın 16-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "İmişli"ni, "Zirə" "Karvan-Yevlax"ı 1:0 hesabı ilə məğlub edib.
Son xəbərlər
09:00
Azərbaycan Premyer Liqasında VIII tura start verilir
Futbol
09:00
Mətbuat Şurasının IX qurultayı keçirilir
Media
08:57
Tramp amerikalı pilotların naməlum uçan obyektlərlə qarşılaşmalarından danışıb
Digər ölkələr
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.10.2026)
Maliyyə
08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:00
Yasamal və Xəzər rayonlarının bir hissəsində işıq olmayacaq
Energetika
07:47
İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib
Digər ölkələr
07:38
Foto
Video
Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb
Hadisə
07:10
ABŞ Prezidenti İranla münaqişənin tezliklə başa çatacağını bildirib
Digər ölkələr