Azərbaycan Premyer Liqasında daha bir oyunun keçirilmə yeri dəyişdirilib
Futbol
- 04 avqust, 2016
- 08:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün I turunda baş tutacaq "Qarabağ" – "İnter" matçının proqramında dəyişiklik olub. "Report"un məlumatına görə, qarşılaşma "İnter Arena"da baş tutacaq.
Buna səbəb "Qarabağ"ın ev oyunlarını keçirdiyi "Azərsun Arena"nın ot örtüyündə yeniləmə işlərinin aparılmasıdır. Avqustun 7-də keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, daha öncə "Qəbələ" - "Kəpəz" matçının stadionunun yeri də dəyişdirilib. Görüş avqustun 8-də Qəbələ şəhər stadionunda deyil, Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.
Son xəbərlər
09:13
Heydər Məmmədov: Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq
Hadisə
09:13
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
Futbol
09:11
Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Hadisə
09:11
QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb
Maliyyə
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.10.2026)
Maliyyə
09:05
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (21.10.2026)
Maliyyə
09:02
FIBA Avropa Kuboku: "Neftçi" növbəti oyununa bu gün çıxacaq
Komanda
08:54
EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb
Maliyyə
08:44
Mask Tramp administrasiyasında işləyəndə "həddini aşdığını" etiraf edib
Digər ölkələr