​Azərbaycan Premyer Liqası: "Neftçi" "Zirə"yə məğlub olub

Futbol
  • 14 avqust, 2016
  • 17:52
​Azərbaycan Premyer Liqası: Neftçi Zirəyə məğlub olub

Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında II turun sonuncu oyunu keçirilib.

"Report" xəbər verir ki, "Əlincə" stadionunda "Neftçi" futbol klubu "Zirə" komandasını qəbul edib.

"Zirə"nin  heyətində Vüqar Mustafayevin 43-cü dəqiqədə vurduğu zərbə Məqsəd İsayevin ayağına dəyərək istiqamətini dəyişib. Bununla da “Zirə” avtoqol sayəsində hesabda irəli çıxıb: 0:1  

Oyun bu hesabla, "Zirə" komandasının qələbəsi ilə başa çatıb.

Bununla da Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.

44 - Tezliklə