Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək
Futbol
- 29 mart, 2024
- 07:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan minifutbol yığması Monteneqroda təlim-məşq toplanışı keçəcək.
Bu barədə “Report”a millinin baş məşqçisi Elşad Quliyev məlumat verib.
O bildirib ki, komanda 24 aprel – 2 may aralığında adıçəkilən ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı iyunda Bosniya və Herseqovinada təşkil olunacaq Avropa çempionatına hazırlıq xarakteri daşıyacaq.
Baş məşqçi aprelin 3-də keçiriləcək Azərbaycan çempionatının pley-off oyunlarından sonra 20 nəfərlik heyəti açıqlayacağını da sözlərinə əlavə edib. Bu həm də Avropa çempionatı üçün ilkin heyət olacaq. Belə ki, yığmaya dəvət alacaq 20 oyunçudan 17-si qitə birinciliyinə aparılacaq.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevoda baş tutacaq.
Son xəbərlər
23:00
Alparslan Bayraktar: Azərbaycanla birlikdə yaşıl enerji dəhlizinin yaradılmasını planlaşdırırıq
Region
22:56
Fars körfəzində BƏƏ-yə məxsus gəmiyə hücum edilib
Digər ölkələr
22:53
BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
Energetika
22:45
Gürcüstan COP31 çərçivəsində Orta Dəhlizi müzakirə edib
Region
22:39
Sibiqa: Ukrayna Qara dənizdə və energetika sahəsində atəşkəslə bağlı təkliflərini təqdim edib
Digər ölkələr
22:38
Niderland hökuməti fikir ayrılıqlarına görə istefaya gedə bilər
Digər ölkələr
22:27
Foto
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Xarici siyasət
22:19
Maqsud Mahsudov: "Gələn il belaruslu rəqibləri də məğlub edib qızıl medal qazanmağa çalışacağıq"
Fərdi
22:15
Kvrivişvili: Azərbaycanla əməkdaşlıq Aİ-yə elektrik enerjisi ixracı imkanlarını genişləndirəcək
Region