Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub

Futbol
  • 01 fevral, 2022
  • 11:47
Azərbaycan millisinin toplanışı kütləvi xəstəliyə görə ləğv olunub

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin bu gün başlamalı olan təlim-məşq toplanışı ləğv edilib.

Azərbaycan Futzal Federasiyasının Mətbuat katibi Mahal Məmmədovun "Report"a verdiyi məlumata görə, buna əksər oyunçuların səhhətlərində problem aşkarlanması səbəb olub.

Federasiya rəsmisi bildirib ki, futzalçılar test vermədikləri üçün onların koronavirusa yoluxub-yoluxmadıqları bəlli deyil: "Amma aralarında qızdırması olan, soyuqlayan, halsızlıq hiss edənlər var. Toplanış olsaydı AFFA-da test verəcəkdilər. Hazırlıq prosesi baş tutmadığından, onlardan analiz götürülməyib".

U-19 gələn ay Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq. 7-ci qrupda yer alan Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv martın 16-da Belarus, martın 17-də Xorvatiya və martın 19-da Latviya ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyada təşkil olunacaq.

Yığmanın oyunlarının təqvimi

16 mart

19:00. Belarus – Azərbaycan

17 mart

22:00. Xorvatiya – Azərbaycan

19 mart

19:00. Azərbaycan – Latviya

Qeyd edək ki, hər 3 qarşılaşma Karlovats şəhərindəki "Mladost Arena"da keçiriləcək.

44 - Tezliklə