Azərbaycan millisinin toplanışı və yoxlama görüşləri başqa vaxta keçirilib

Futbol
  • 04 noyabr, 2024
  • 08:03
Azərbaycan millisinin toplanışı və yoxlama görüşləri başqa vaxta keçirilib

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının Belarusdakı təlim-məşq toplanışı və yerli komanda ilə yoxlama görüşləri hər iki tərəfin qarşılıqlı razılığı əsasında başqa vaxta keçirilib.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Yoldaşlıq oyununun 2025-ci ildə təşkil olunması planlaşdırılıb.

Qarşılaşmanın tarixi və yeri barədə məlumat veriləcək.