Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub

Futbol
  • 15 iyun, 2024
  • 17:29
Azərbaycan millisinin sabiq futbolçusu karyerasını başa vurub

Azərbaycan milli komandasının sabiq üzvü Elvin Məmmədov futbolçu karyerasını başa vurub.

"Report" PFL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün Azərbaycan I Liqasına vəsiqə qazanan "Cəbrayıl"ın üzvü "Araz Saatlı" ilə keçirilən pley-off oyunundan sonra komanda yoldaşları ilə vidalaşıb.

Qyed edək ki, 35 yaşlı futbolçu karyerası ərzində "Turan Tovuz", "İnter" (Bakı), "Qarabağ", "Bakı", "Zirə", "Qəbələ", "Sumqayıt" və "Şamaxı" klublarının formasını geyinib.

44 - Tezliklə