Azərbaycan millisinin Qazaxıstanla oyun üçün səfər proqramı açıqlanıb
- 31 may, 2022
- 07:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Qazaxıstanla oyun üçün səfər proqramı bəlli olub.
Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yığma iyunun 1-də saat 14:15-də Heydər Əliyev Beynəlxalq Aeroportundan Nur-Sultana yola düşəcək.
Komanda qonşu ölkə paytaxtındakı "Sheraton" hotelində qalacaq. Baş məşqçi Canni De Byazi iyunun 2-də mətbuat konfransı keçirəcək və komandanın açıq məşqi olacaq.
Milli oyundan sonra Belarusla qarşılaşma üçün Serbiyaya yollanacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, bundan 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, iyunun 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.