Azərbaycan millisinin seçmə mərhələdəki iki oyununa hakim təyinatları açıqlanıb
Futbol
- 12 oktyabr, 2019
- 06:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futzal üzrə dünya çempionatının seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin iki oyununa hakim təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, oktyabrın 23-də Moldova ilə matçın əsas referisi çexiyalı Ondrey Çerny olacaq. Ona latviyalı İnqus Purins və almaniyalı İnqo Himsot köməklik göstərəcək.
Oktyabrın 24-dəki Monteneqro ilə duel İnqo Himsota həvalə olunub. Ona Ondrey Çerny və portuqaliyalı Miqel Kastilyo yardımçı olacaq.
Qeyd edək ki, hər iki görüş Bakı İdman Sarayında olacaq və saat 20:00-da başlayacaq. Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv oktyabrın 26-da isə Slovakiya ilə qarşılaşacaq. Mundialın əsas mərhələsi 2020-ci ildə Litvada olacaq.
Son xəbərlər
03:12
Video
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva və Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region
00:16
Video
İngiltərə Premyer Liqasında son doqquz ildə ən uzun məsafədən qol vurulub
Futbol