Azərbaycan millisinin futbolçusu: "Ümid edirik ki, Haitiyə məğlubiyyəti sabahkı oyunda unutduracağıq"

Futbol
  • 24 mart, 2025
  • 16:19
Azərbaycan millisinin futbolçusu: Ümid edirik ki, Haitiyə məğlubiyyəti sabahkı oyunda unutduracağıq

Ümid edirik ki, Haitiyə məğlubiyyəti sabahkı oyunda unutduracağıq.

"Report" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə Belarus yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan əvvəl mətbuat konfransında deyib.

O, sabahkı matçın çətin keçəcəyini vurğulayıb:

"Ümid edirik ki, sabahkı oyunda Haitiyə məğlubiyyəti unutdurarıq. Keçən oyun ağır keçdi. Psixoloji olaraq hazırlaşırıq. Qələbə qazanacağımıza ümid edirəm".

Qeyd edək ki, martın 25-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq Azərbaycan – Belarus matçının start fiti saat 21:45-də səsləndiriləcək.