Azərbaycan millisinin futbolçusu Albaniya klubu ilə müqavilə bağlayıb

Futbol
  • 01 iyul, 2023
  • 07:36
Azərbaycan millisinin futbolçusu Albaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Albaniyanın "Eqnatiya" komandasına keçib.

"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Agim Demrozi "PanoramaSport" nəşrinə açıqlama verib.

O, 28 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalandığını bildirib.

Qeyd edək ki, Vüsal İsgəndərli ötən mövsümü "Sumqayıt"da keçirib.