Azərbaycan millisi Latviya ilə yoldaşlıq oyununda azlıqda qalıb

Futbol
  • 29 mart, 2022
  • 11:32
Azərbaycan millisi Latviya ilə yoldaşlıq oyununda azlıqda qalıb

Azərbaycan millisi Latviya ilə keçirilən yoldaşlıq oyununda azlıqda qalıb.

"Report"un məlumatına görə, Qara Qarayev 30-cu dəqiqədə rəqibə qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

30 yaşlı yarımmüdafiəçi qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb.

Qeyd edək ki, hələlik görüşdə hesab açılmayıb.