Azərbaycan milli komandasının sabiq futbolçusu Türkiyədə avtomobil qəzasına düşüb

Futbol
  • 18 sentyabr, 2017
  • 13:20
Azərbaycan milli komandasının sabiq futbolçusu Türkiyədə avtomobil qəzasına düşüb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının sabiq futbolçusu Uğur Pamuk Türkiyədə avtomobil qəzasına düşüb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qəza nəticəsində Türkiyə çempionatının I Divizionunda çıxış edən “Manisaspor”un formasını geyinən 28 yaşlı yarımmüdafiəçinin çiyninin sındığı bildirilir.

Qeyd edək ki, Almaniyanın Bilfeld şəhərində doğulan Uğur Pamuk 2012-ci ildə Azərbaycan yığmasına cəlb olunub və iki görüşdə forma geyinib. O, karyerası ərzində “Sumqayıt” və “Xəzər Lənkəran”ın da şərəfini qoruyub.