Azərbaycan - Lüksemburq matçının hakimləri açıqlandı
Futbol
- 02 sentyabr, 2020
- 08:05
Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakim təyinatları açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Kris Kavanaqa yan xətt hakimləri qismində Daniel Riçard Kuk və Sian Massey yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.
Qeyd edək ki, Kris Kavanaq 2019-cu il yanvarın 1-də FIFA referisi adını alıb. 35 yaşlı ədalət təmsilçisi indiyədək nə Azərbaycan, nə də Lüksemburq komandalarının oyunlarına təyinat alıb. Bu Kavanaqın 6-cı beynəlxalq matçı olacaq.
Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq.
Son xəbərlər
07:37
SEPAH Hörmüz boğazında iki tankerin partlaması barədə məlumat yayıb
Digər ölkələr07:08
Kamçatka sahillərində 5,5 bal gücündə zəlzələ baş verib
Digər ölkələr06:40
The Washington Post: Vaşinqton İranla genişmiqyaslı müharibəyə hazırlaşır
Digər ölkələr06:18
ABŞ İrana qarşı ardıcıl doqquzuncu gecə hücumları dalğasını başa çatdırıb - YENİLƏNİB
Region05:50
İspaniya millisi FIFA reytinqində birinci yerə yüksələcək
Futbol05:13
ABŞ şirkətləri Rusiyada bizneslərini bərpa etməkdə maraqlıdır
Digər ölkələr04:45
ABŞ ordusu Hörmüzdə altı gəminin kursunu dəyişməyə məcbur edib
Digər ölkələr04:14
Venesueladakı zəlzələdə ölənlərin sayı 5 208 nəfərə çatıb
Digər ölkələr03:36