Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar açıqlanıb

Futbol
  • 04 aprel, 2017
  • 13:25
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları üçün təyinatlar açıqlanıb.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, aprelin 5-də Qəbələdə keçiriləcək oyunu Ömər Paşayev idarə edəcək.

Bakıda baş tutacaq görüşdə isə Əliyar Ağayev söz sahibi olacaq.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

5 aprel (çərşənbə)

16:30 “Qəbələ” – “İnter”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Asim Xudiyev

Qəbələ şəhər stadionu

19:30 “Qarabağ” – “Neftçi”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Xaqani Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

Qeyd edək ki, hər iki görüş "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

44 filmi