Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək

Futbol
  • 19 sentyabr, 2024
  • 12:59
Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək

Futbol üzrə Azərbaycan Kubokunun 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.

"Report" xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda Premyer Liqa, I və II Liqanın bütün klubları iştirak edəcək.