Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb

Futbol
  • 24 aprel, 2024
  • 06:14
Azərbaycan Kuboku: Qarabağ - Neftçi görüşünün hakimləri açıqlanıb
Əliyar Ağayev

Futbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, günün diqqətçəkən görüşü olan "Qarabağ" - "Neftçi" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

24 aprel

17:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu