Azərbaycan Kuboku: "Qarabağ" səfərdə "Şamaxı"ya uduzub
Futbol
- 05 fevral, 2026
- 16:26
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Şamaxı"ya qarşı ilk oyununda məğlub olub.
"Report"un məlumatına görə, qarşılaşma Şamaxı şəhər stadionunda keçirilib.
Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Şamaxı"nın heyətində 26 və 41-ci dəqiqələrdə Karim Rossi fərqlənib. Qonaqlardan Musa Qurbanlı 76-cı dəqiqədə adını tabloya yazdırıb.
Komandalar arasında cavab görüşü martın əvvəlində baş tutacaq. Cütün qalibi növbəti raundda "Sumqayıt" - "Zirə" duelinin güclüsü ilə üz-üzə gələcək.
Bu gün 1/4 final mərhələsində "Turan Tovuz" - "Kəpəz" oyunu da keçiriləcək. Matç saat 19:00-da start götürəcək.
Qeyd edək ki, ötən gün "Sabah" "Qəbələ" ilə, "Sumqayıt" isə "Zirə" ilə qolsuz bərabərə qalıb.
Son xəbərlər
18:08
Futzal üzrə Azərbaycan Yüksək Liqası: "Neftçi" İK "Lənkəran"a fərqli hesabla qalib gəlib
Futbol17:58
AZAL Rusiyaya üzərlik aparan vətəndaşlara xəbərdarlıq edib
İnfrastruktur17:54
Şəhriyar Məmmədyarov Azərbaycan çempionatının finalına vəsiqə qazanıb
Fərdi17:53
Aİ Şurası SEPAH-ı terror təşkilatı kimi tanıyıb
Digər ölkələr17:52
Britaniya kralının qardaşı Norveçin ona verdiyi ordeni geri qaytarıb
Digər ölkələr17:47
Kino Agentliyinin baş direktoru: Müsabiqədə qalib olmayanların narazı qalması, etiraz etməsi təbii haldır
Mədəniyyət siyasəti17:41
Xəzər dənizində zəlzələ olub
Hadisə17:41
"Yuventus" "Real"ın futbolçusu ilə maraqlanır
Futbol17:38
Foto