Azərbaycan II Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib

Futbol
  • 29 may, 2024
  • 15:01
Azərbaycan II Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib

Azərbaycan II Liqasını 13-cü sırada başa vuran "Şəfa" klubu AFFA Region Liqasının ikincisi "Hypers" klubu ilə üz-üzə gəlib.

"Report" xəbər verir ki, 2024/2025 mövsümündə II Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.

Qarşılaşma "Hypers" kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

44 filmi