Azərbaycanın futbol hakimləri Avropa çempionatının elit-raunduna təyinat alıblar

Futbol
  • 10 fevral, 2015
  • 11:11
Azərbaycanın futbol hakimləri Avropa çempionatının elit-raunduna təyinat alıblar

Bakı. 10 fevral. REPORT.AZ/ FIFA referiləri Əliyar Ağayevlə Orxan Məmmədov beynəlxalq oyunlara təyinat alıb. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Ə.Ağayev 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 2-ci qrupunda keçiriləcək oyunları idarə edəcək. 

Həmin qrupda Almaniya, Çexiya, Slovakiya və İrlandiya yer alıb. Qarşılaşmalar martın 26-dan 31-dək Almaniyada təşkil olunacaq. 

O.Məmmədov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsinin 4-cü qrup matçlarında yer alacaq. Bu qrupda isə Polşa, Belarus, Şimali İrlandiya və Yunanıstan mübarizə aparacaq. Görüşlər 21-26 martda Polşada keçiriləcək.