Azərbaycan derbisi: "Qarabağ"ın 55, "Neftçi"nin 53 futbolçusu qol sevinci yaşayıb

Futbol
  • 05 noyabr, 2025
  • 10:44
Azərbaycan derbisi: Qarabağın 55, Neftçinin 53 futbolçusu qol sevinci yaşayıb

İndiyədək keçirilmiş Azərbaycan derbilərində "Qarabağ"ın 55, "Neftçi"nin 53 futbolçusu qol seçinci yaşayıb.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Ümumilikdə isə 103 oyunçu rəqib qapılarına yol tapıb. 5 futbolçu hər iki komandada qola sevinib.

İlk qolu 1992-ci ildə "Qarabağ"ın futbolçusu Zaur Qarayev vurub. 1:1 hesabı ilə bitən görüşdə paytaxt klubunun heyətində Ərani Beydiyev fərqlənib.

Azərbaycan millisinin hücumçusu, "Qarabağ"ın sabiq üzvü Mahir Emreli derbilərin bombardiridir – 9 qol. Növbəti derbisinə çıxacaq Abdullah Zubir ( "Qarabağ" ) 8 dəfə fərqlənib və rekorda çatmaq imkanına malikdir. "Neftçi"nin heyətində isə Nikolas Kanales və Flavinyo daha çox – hərəyə 4 dəfə fərqləniblər.

Hər iki komandada qol vuranlar arasında Filip Ozobiç daha çox - ümumilikdə 6 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər

Bütün Xəbər Lenti