Azər Salahlı: "Aris"lə görüş artıq geridə qalıb"
Futbol
- 03 avqust, 2022
- 13:46
"Sabah bizi ağır qarşılaşma gözləyir. Bu matçda qələbə qazanıb, cavab görüşünə üstün yollanmaq istəyirik".
"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Azər Salahlı UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Asvtriya "Rapid"i ilə keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
28 yaşlı sol cinah müdafiəçisi Kipr "Aris"i ilə II təsnifat mərhələsinin cavab oyununu (3:0) unutduqlarını bildirib: "Ötən mərhələsinin cavab görüşündə yaxşı qələbə qazandıq. Hazırda komandada ab-hava çox yaxşıdır. Ancaq "Aris"lə görüş artıq geridə qalıb. Bütün diqqətimiz sabahkı qarşılaşmayadır".
Qeyd edək ki, "Neftçi" "Rapid"ə qarşı ilk oyununu sabah Bakıda, cavab görüşünü isə avqustun 11-də Vyanada keçirəcək.
Son xəbərlər
16:56
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Elm və təhsil16:53
Dələduzluğa görə axtarışda olan 9 nəfər istintaqa təhvil verilib
Hadisə16:25
Foto
"LaLiga Dining & Lounge" Musabəyov parkında şəbəkənin ilk "park-side" məkanını açdı
Sosial müdafiə16:09
Azərbaycan musiqiçiləri VIII Tsinandali klassik musiqi festivalında iştirak edirlər
Region16:08
Azərbaycan Türkiyədən elektrik məhsullarının idxalına çəkilən xərcləri açıqlayıb
Energetika16:07
Mahir Məmmədov: "Son dövrlərdə Azərbaycanın bir neçə şahmatçısı reytinq və titulunu artırıb"
Fərdi16:02
Peskov: Rusiya və Ukrayna sentyabrın 8-dək atəşkəs barədə razılığa gəlib
Digər ölkələr16:01
Azərbaycan xizəkçisi Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazanıb
Fərdi15:53