Azər Bağırov: "Sabah"la matçda bir az da bəxtimiz gətirdi"
- 08 may, 2026
- 22:20
Misli Premyer Liqasının XXXI turunda "Sabah"la qarşılaşan "Kəpəz"in bəxti gətirib.
"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov sözügedən matçdan sonra mətbuat konfransında deyib.
O, qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Çempionluğunu rəsmiləşdirən "Sabah"ı təbrik edirəm. İnşallah, Azərbaycanı avrokuoklarda layiqincə təmsil edəcəklər. 22 oyun uduzmayan "Sabah"a qarşı mübarizə aparırdıq. Bir çox matçda da artıq qarşılaşmanın taleyini ilk hissədə həll edirdilər. Qapıçımız Yusif İmanova təşəkkür edirəm. O, bu gün ən yaxşı görüşlərindən birini keçirdi. Bugünkü matçda bir az da bəxtimiz gətirdi. Fikirləşirdik ki, "Sabah" dəyişikliklər edəcək. Çünki yaxın zamanda Azərbaycan Kubokunda filan oyununa çıxacaqlar. Sevinirik ki, meydanda qurduğumuz plan öz bəhrəsini verdi. Azarkeşlərimizi təbrik edirəm".
Qeyd edək ki, "Sabah" - "Kəpəz" görüşü qərb təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.